8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda istehsal olunacaq sucuq xarici bazara da çıxarılacaq

“Qarabağ Aqro 44” MMC İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının yeni rezidenti olub.

Agentliyin məlumatına əsasən, bu, müəssisədə sucuq istehsalı həyata keçiriləcək.

İnvestisiya dəyəri 1.4 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək.

İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı ixracı da nəzərdə tutulur.

Bu günədək Ağdam Sənaye Parkı üzrə 27 layihənin rezidentliyi təsdiqlənib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər