Naxçıvan Avtomobil Zavodunda ötən il ərzində 117 ədəd, 2021-ci ilin ötən dövrü ərzində isə 47 ədəd avtomobil istehsal olunub.
Banker.az bu barədə Naxçıvan İqtisadiyyat Nazirliyindən əldə etdiyi məlumata əsasən xəbər verir.
Belə ki, nazirlikdən bildirilib ki, son illər Naxçıvanda yüksək texnologiyalar əsasında maşınqayırma, kimya, mədənçıxarma, mebel, yüngül və yeyinti sənayeləri üzrə çoxsaylı istehsal sahələri yaradılıb, nəticədə, 384 növdə məhsulun istehsal olunduğu məkanda 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir.