Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payı son illərdə iki dəfədən çox artıb.
Banker.az-ın məlumatına görə, 2025-ci ildə bərpa olunan enerji mənbələrindən alınan elektrik enerjisinin ümumi elektrik istehsalında xüsusi çəkisi 13,4% təşkil edib.
2021-ci ildə bu göstərici 5,8%, 2022-ci ildə 6,7%, 2023-cü ildə isə 7,2% idi. 2024-cü ildə göstərici 13,5%-ə çatmışdı.
Bununla belə, bütün enerji növləri nəzərə alındıqda bərpa olunan mənbələrin payı hələ aşağıdır.
2025-ci ildə bərpa olunan mənbələrdən enerji təchizatı 411,5 min ton neft ekvivalenti təşkil edib və ölkənin ümumi enerji təchizatında payı 2,3% olub.
2021-ci ildə bu göstərici 1,3% idi.







