İl ərzində neft emalı və neft-kimya məhsullarının ixracı (polimerlərlə birlikdə) təqribən 2,4 milyon ton təşkil edib.
“SOCAR Polymer” şirkəti tərəfindən müxtəlif çeşidlərdə yüksək sıxlıqlı polietilen və polipropilen olmaqla, 132,5 min ton13 polimer məhsulu ixrac edilib ki, bu da 2019-cu illə müqayisədə 58% çoxdur.
Azərbaycanda istehsal olunan polimer məhsullarının əsas ixrac bazarları Rusiya, Türkiyə və Çindir. Qeyd etmək lazımdır ki, “SOCAR Polymer” 2020-ci ildə Rusiyanın ən böyük polipropilen idxalçısı olmuşdur. İl ərzində polimer məhsullarının Avstriya, Rumıniya və Gürcüstan bazarında satışına da başlanılmışdır.