Azərbaycanda emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi (PPI) 2023-cü ilin mayında illik 8.3%-dən 6.5%-ə düşüb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.
İstehsalçı qiyməti – əlavə dəyər vergisi, aksizlər və s. vergi ödəmələri, məhsulun maya dəyərinə aid olmayan daşınma xərcləri nəzərə alınmadan, istehsalçının öz məhsulunu istehlakçıya satdığı qiymətdir.
Qida üzrə istehsalçılar indeksi mayda 8.2%-dən 7.6%-ə, içki istehsalçıları indeksi 20.1%-dən 18.4%-ə, tütün istehsalçıları üzrə 13.1%-dən 12.5%-ə qədər düşüb.
İqtisadi fəaliyyət növləri üzrə sənaye məhsullarının istehsalçı qiymət indeksləri:
| İqtisadi fəaliyyət növü | aprel | may |
| Emal sənayesi | 8.3 | 6.5 |
| qida məhsullarının istehsalı | 8.2 | 7.6 |
| içki istehsalı | 20.1 | 18.4 |
| tütün məmulatlarının istehsalı | 13.1 | 12.5 |
| toxuculuq sənayesi | 8.9 | 8.5 |
| geyim istehsalı | 14.3 | 13.5 |
| dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı | 7.9 | 7.0 |
| ağac emalı və ağacdan məmulatların istehsalı | 15.1 | 15.0 |
| kağız və karton istehsalı | -0.9 | -0.7 |
| poliqrafiya fəaliyyəti | 13.5 | 11.9 |
| neft məhsullarının istehsalı | 9.9 | 5.1 |
| kimya sənayesi | -5.6 | -6.5 |
| əczaçılıq məhsullarının istehsalı | 2.6 | 2.8 |
| rezin və plastik kütlə məmulatlarının istehsalı | 9.8 | 8.7 |
| tikinti materiallarının istehsalı | 8.2 | 7.9 |
| metallurgiya sənayesi | 2.0 | 0.8 |
| maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı | 7.7 | 7.2 |
| kompüter və digər elektron avadanlıqların istehsalı | 3.4 | 3.0 |
| elektrik avadanlıqlarının istehsalı | 0.4 | 0.5 |
| maşın və avadanlıqların istehsalı | 6.2 | 5.8 |
| avtomobil və qoşquların istehsalı | 2.9 | 3.2 |
| mebel istehsalı | 16.5 | 16.8 |
| zərgərlik məmulatları, musiqi alətləri, idman və tibb avadanlıqlarının istehsalı | 6.9 | 6.1 |
| maşın və avadanlıqların quraşdırılması və təmiri | 3.9 | 3.9 |








