14 C
Baku
Saturday, November 16, 2024

Azərbaycanda istiliyin qiyməti dəyişəcək? – Açıqlama

Bu il binaların istilik təchizatı ilə bağlı tariflərdə dəyişiklik edilməyəcək. “Azəristiliktəchizat” qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib. Cari ildə də bir kvadratmetr yaşayış sahəsi üçün istilik xidmətinin qiyməti əhali qrupuna 15 qəpik, qeyri-əhali qrupu üçün isə 25 qəpik olacaq.

Banker.az Xəzərxəbər-ə istinadən xəbər verir ki,  bu barədə “Azəristiliktəchizat” ASC sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov keçirdiyi mətbuat konfransında deyib.

Qurum rəsmisi ölkə üzrə istiliyin verilməsi tarixinin dəyişdirilib-dəyişdirilməyəcəyi məsələsinə münasibət bildirib.

Bildirilib ki, Qeyri-əhali qrupunun məhdud sayda sayğaclaşdırılması həyata keçirilsə də, əhali qrupunun sayğaclaşdırılması hələ ki gündəmdə deyil. Bu il üçün yenilik isə ondan ibarətdir ki, paytaxtın Xətai rayonunda modernləşdirilən 16 qazanxana sayəsində rayon ərazisində 200-dən çox yaşayış binası normal istiliklə təmin olunacaq.

Son xəbərlər
Digər xəbərlər