7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 19%-dək azalıb

2017-ci ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 727,4 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin göstəricisindən 18,6% azdır. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Dekabr ayında ümumi sahəsi 191,4 min kvadratmetr olan yaşayış yerləri istismara verilib.

Statistik məlumatlara əsasən, ötən il mənzil tikintisinə investisiya qoyuluşları 891 mln. manat (artım 21,7%) təşkil edib.

Xəbər verildiyi kimi, 2016-cı ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 677,1 min kvadratmetr təşkil edib ki, bu da 2015-ci ilin göstəricisindən 13,2% azdır.

Son xəbərlər
Digər xəbərlər