2024-cü ilin 10 ayında xarici ticarət iştirakçılarının sayı 2 997 şəxs azalaraq 59 818 şəxs olub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr ayında xarici ticarət iştirakçılarından fiziki şəxslərin sayı 49 234, hüquqi şəxslərin (şirkətlərin) sayı 10 584 olub. Hüquqi şəxslərin 10 353-ü özəl sektordan, 231-i dövlət sektorundan olub.
Xarici ticarət iştirakçısı olan fiziki şəxslərin sayı illik müqayisədə 3 672 şəxs, dövlət sektorundan hüquqi şəxs iştirakçıların sayı 36 şəxs azalıb.
Ötən il xarici ticarət iştirakçılarının sayı 62 815, o cümlədən fiziki şəxslərin sayı 52 906, hüquqi şəxslərin sayı 9 909 olmuşdur. Hüquqi şəxslərin 9 642-i özəl sektordan, 267-si dövlət sektorundan idi.