14 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda ixrac və ya idxal ilə məşğul olan fərdi şəxslərin sayı azalıb, şirkətlərin sayı isə artıb

Xarici ticarət iştirakçısı olan şirkətlərin sayı 6 minə yaxınlaşıb.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin iki ayında xarici ticarət iştirakçılarının sayı 17 894, o cümlədən fiziki şəxslərin sayı 11 904, hüquqi şəxslərin (şirkətlərin) sayı 5 990 olub. Hüquqi şəxslərin 5 867-si özəl sektordan, 123-ü dövlət sektorundan olub.

Ötən il xarici ticarət iştirakçılarının sayı 18 167, o cümlədən fiziki şəxslərin sayı 12 697, hüquqi şəxslərin sayı 5 470 olmuşdur. Hüquqi şəxslərin 5 313-ü özəl sektordan, 157-si dövlət sektorundan idi.

Son xəbərlər
Digər xəbərlər