2025-ci ilin yanvar-aprel ayında xarici ticarət iştirakçılarının sayı 1 953 şəxs artaraq 31 963 şəxs olub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin 4 ayında xarici ticarət iştirakçılarından fiziki şəxslərin sayı 23 926, hüquqi şəxslərin (şirkətlərin) sayı 8 037 olub. Hüquqi şəxslərin 7 900-u özəl sektordan, 137-si dövlət sektorundan olub.
Xarici ticarət iştirakçısı olan fiziki şəxslərin sayı illik müqayisədə 1 624 şəxs, hüquqi şəxslərin sayı isə 329 şəxs artıb, o cümlədən dövlət sektorundan hüquqi şəxs iştirakçıların sayı 27 şəxs azalıb, özəl sektordan isə 356 şəxs artıb.
Ötən il xarici ticarət iştirakçılarının sayı 30 010, o cümlədən fiziki şəxslərin sayı 22 302, hüquqi şəxslərin sayı 7 708 olmuşdur. Hüquqi şəxslərin 7 544-ü özəl sektordan, 164-ü dövlət sektorundan idi.