36 C
Baku
Tuesday, June 18, 2024

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sahibkarlara müraciəti

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan bildiriblər ki, Pakistanın tanınmış sərgi təşkilatçısı və “Dünya Sərgi Sənayesi Assosiasiyası”nın tam üzvü olan “Ecommerce Gateway Pakistan” şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar arasında ikitərəfli görüşlər və ildə 50-dən çox beynəlxalq yarmarka təşkil edir. “Ecommerce Gateway Pakistan” Azərbaycanın müvafiq sənaye şirkətlərini 2019-2021-ci illərdə keçiriləcək sərgilərdə iştiraka dəvət edir.

Qeyd edək ki, şirkət son 35 ildə Pakistanın ən böyük B2B bazası olan “Jamal’s Yellow Pages of Pakistan”ın sahibidir. 2019-2021-ci illərdə Pakistanda ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, nəqliyyat-logistika, qida, elektrik, alternativ enerji sahələrini əhatə edən sərgilər təşkil olunacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər