Azərbaycan şirkəti təşkilati-hüquqi forması dəyişib.
Banker.az xəbər verir ki, “Gate Baku” MMC təşkilati-hüquqi forması dəyişərək Qapalı Səhmdar Cəmiyyəti çevrildiyini elan edir.
Qeyd edək ki, “Gate Baku” MMC 2016-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Taleh Nəsibov Asif oğludur.
Gate Baku – logistika, gömrük bəyannaməsinin tərtibatı, beynəlxalq hüquq və maliyyə, beynəlxalq mühasibat uçotu sahəsində biliklərə malik mütəxəssislərdən ibarət komandadır.
Şirkətin göstərdiyi xidmətlər sertifikatlaşdırma, outsorsinq, konsaltinq, ixraca yardım və hüquqi müdafiədən ibarətdir.