6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda kənd məhsulları brendinin yaradılması üçün konsepsiya hazırlanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABAD layihəsinə dəstək verəcək. Bunu bu gün keçirilən “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı” adlı konfransda çıxış edən ABAD publik hüquqi şəxsin şöbə müdiri Elvin Şirinov deyib.

E.Şirinov bildirib ki, sosial layihə olduğu üçün SOCAR-la müqavilə imzalanıb.

Şöbə müdiri deyib ki, ABAD kənd məhsulları brendinin yaradılması üçün konsepsiya hazırlayıb:

“Nənəmin təndiri”, “Məmmədovların armud cemi” və “Məmməd kişinin xurması” və s. ailə brendlərinin formalaşdırılması üçün işlər görüləcək. Bu brendlər hazırda “Made in Azerbaijan” brendi altında fəaliyyət göstərir. Hazırda biz pilot layihə kimi Masallıda fəaliyyətə başlamışıq”.

Report

Son xəbərlər
Digər xəbərlər