28 C
Baku
Friday, September 5, 2025

Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin mənfəəti 19% artıb

Azərbaycanda 2024-cü ildə kənd təsərrüfatı müəssisələrinin mənfəəti 337.6 mln manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayır.

Bu göstərici əvvəlki illə müqayisədə 53 mln manat və ya təxminən 19% çoxdur. Zərər isə 24.7 mln manat olub ki, bu da 2023-cü illə müqayisədə azalma deməkdir.

Beləliklə, kənd təsərrüfatı müəssisələrinin ümumi mənfəəti 312.9 mln. manat olub.

Sektorun satışdan əldə etdiyi gəlir ilbəil yüksəlib və 2024-cü ildə 1.36 mlrd manata çatıb. Bu, 2018-ci illə müqayisədə təxminən 2.4 dəfə artım deməkdir.

2024-cü ildə bitkiçilikdən mənfəət 168.6 mln manat, heyvandarlıqdan isə 149.1 mln manat olub. Müqayisədə heyvandarlığın payının son illərdə əhəmiyyətli dərəcədə artdığı nəzərə çarpır: 2020-ci ildə bu sahənin mənfəəti cəmi 27.2 mln manat idisə, 2024-cü ildə artıq 149.1 mln manata yüksəlib.

Faktiki satış qiymətləri ilə ölçülən kənd təsərrüfatı məhsulu 2023-cü ildə zirvəyə çataraq 1.63 mlrd manat təşkil etmişdi. 2024-cü ildə isə bu göstərici 1.32 mlrd manata enib.

Son xəbərlər
Digər xəbərlər