13 C
Baku
Friday, November 22, 2024

“Azərbaycanda kənd təsərrüfatının inkişaf strategiyası” proqramı hazırlanıb

Kənd Təsərrüfatı Nazirliyi “Azərbaycanda kənd təsərrüfatının inkişaf strategiyası” adlı proqram hazırlayıb.

Bunu nazirliyin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev bildirib.

Onun sözlərinə görə, stategiyada bir sıra hədəflər müəyyən edilib: “O cümlədən, su və torpaq məsələsində yeni yanaşmaların tətbiqi əsas götürüləcək”.

Şöbə müdiri bildirib ki, yeni yanaşma müasir sistemə sürətli keçid deməkdir: “Əslində yeni yanaşmaları tətbiq etməyə başlamışıq. Belə ki, Aqrar Subsidiya Şurasının 2025-ci il üzər qərarında idarəolunan suvarma sisteminə dəstək gücləndirilib. Gələn il mayın 31-nə qədər salınacaq, hər hektarına minimum 1 500 tingin əkildiyi tarlaqoruyucu zolaq bitkilərinin hər hektarına görə 1000 manat əkin subsidiyası veriləcək. Yəni, resurs qoruyucu yanaşmaları tətbiq etməyə başlamışıq”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər