11 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda kərə yağının qiymətləri “od tutub yanır” – Qiymətlər 20 manata qədər bahalaşdı

Sonuncu böyük bahalaşma ardından Azərbaycanda artıq bəzi supermarketlərdə xaricdən idxal edilən kərə yağlarınınq qiymətlərini yenidən bahalaşdırıb.

Banker.az bu barədə bazardakı mənbəyə istinadən xəbər verir.

Məlumata görə, bazarda istehlak səbətinin əsas payçıları olan “Anchor” “WestGold”un iri supermarketlərdəki qiyməti bahalaşıb. Qiymət son iki-üç gündə 5%-dən yuxarı müşahidə edilməkdədir.

Məslən, “Bravo Supermarket”də ədədlə satılan 1 kiloqramlıq “Anchor” yağının qiyməti 17.70 manatdan 18.59 manata, “WestGold”un isə 17.70 manatdan 19.49 manata qədər bahalaşdığı halda, “Bazar Store”da “Anchor” un qiyməti 17.70 manatdan 18.60 manata, “WestGold”un qiyməti isə 17.70 manatdan 18.50 manata qaldırılıb. Qeyd edilən bahalaşmaları həmçinin “Bizim Market”ə də aid etmək olar. Digərləri isə hələki qiymət təyin etməyiblər.

kere yagi

“President” yağının qiyməti isə artıq 20 manat/kq-ı ötüb.

“Bravo Supermarket” və “Bazar Store”də Azərbaycan istehsalı olan “Səba” markalı kərə yağının qiyməti də bahalaşıb. Məsələn, bu məhsul 1 ay öncə 16.95 manat olduğu halda son günlər bahalaşaraq 17.99 manat çatıb.

Sonuncu dəfə bahalaşma sentyabrın son aylarında baş tutmuşdu. Həmin tarixdə xaricdən idxal edilən yuxarıda qeyd edilmiş iki yağın qiyməti 16.20 manat/kq-dan 17.70 manat/kq həddinə qədər 10%-lik bahalaşma yaşamışdı. Həmin tarxidə, pərakəndə ticarətçilər bahalaşmanın bu yağları Azərbaycana idxal edənlər tərəfindən bahalaşdğını bildirmişdilər. Supermarketlərdən budəfəki bahalaşmaya da eyni səbəbi gətirdilər. İdxalçı şirkətlər isə standard qiymət təqdim etdiklərini, rəflərdəki qiymətin isə supermarketlər tərəfindən müəyyən olunduğu bildirilir.

“Anchor” kərə yağını Azərbaycana “Delta Qrup C.O.” MMC və   “WestGold”u isə “West Product Marketing” MMC xaricdən idxal edirlər.

Banker.az bu bahalaşmanın “Delta Qrup C.O.” MMC “West Product Marketing” MMC-yə nədən baş verdiyin soruşub.

“Delta Qrup C.O.”da buna cavab tapılmasa da, “West Product Marketing”dən bu artıma “təbii qiymət artımından” qaynaqlandığı bildirilir.

“West Product Marketing”un nümayəndəsi Jalə Əlizadə deyir ki, 2021-ci ildə 2020-ci ilə nəzərən Yeni Zelandiya kərə yağı ixrac qiymətində təbii qiymət artımı olmuşdur. Bu artımla da əlaqəli ölkəmizdə satılan “Westgold” kərə yağının qiymətində digər Yeni Zelandiya və Avropa mənşəli yağlarda olduğu kimi qiymət artımı baş verib.

“Qlobal bazarda baş verən bu qiymət artımının nəticəsi olaraq yerli bazarda kərə yağı qiymətlərinin artması istehlakçılar kimi bizi, şirkətləri də narahat edir. Hal-hazırda marketlərdə “Westgold” kərə yağının 1 kiloqramının pərakəndə satış qiyməti 18.50 AZN təşkil edir”.

Jalə Əlizadə əlavə edir ki, istehlakçılar rəflərdə qeyd olunandan yüksək qiymətə “Westgold” kərə yağınının satıldığını müşahidə etsələr, bilsinlər ki, həmin qiyməti satış nöqtəsi individual olaraq təyin etmişdir.

“Şirkət tərəfindən təyin edilən qiymət 18.50 manatdır”- deyə, o bildirir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi də 2 ay öncə bahlaşma ilə bağlı açıqlamışdı ki, kərə yağlarında son ayda 2% artım olub. Artım oktyabrdan daha “aqressivləşmişdi“.

4 il öncə Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılmışdı ki, qiymətlər aşağı düşsün. 2017-ci ildə sözügedən rüsumlar bu malların gömrük dəyərinin 15 faizi olduğu halda 5%-ə endirilmişdi.

Dövlət Gömrük Komitəsinin reyestrdə olan göstəriciyə görə, kərə yağının (0405 kodla) idxalı üzrə rüsum 5% cəmi. Əlavə dəyər vergisi üzrə isə 18% tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər