Azərbaycanda kafe və restoranlar 2 ayda 411 milyon manat gəlir əldə ediblər

2026-cı ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3.6 faiz artaraq 410.6 milyon manat olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 49.7 faizi hüquqi şəxslərin, 50.3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.6 faiz artaraq 202.1 milyon manat olub.

 

Son xəbərlər
Digər xəbərlər