Azərbaycanda kapital bazarı ilə bağlı qanunvericilikdə ciddi, köklü dəyişikliklər gözlənilir.
Bunu “Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası” (AFBİA) ictimai Birliyinin icraçı direktoru Murad Yəhyayev bildirib.
“Assosiasiyanın 2024-2026-cı illər üzrə Fəaliyyət Planı təsdiqlənib. Plan 5 istiqaməti əhatə edir. Bunlardan biri hüquqi-normativ baza formalaşdırılmasıdır. Kapital bazarı ilə bağlı mövcud qanunvericilik bu sahədə inkişafa müəyyən çətinliklər yaradır. Çünki qanunvericilikdə məhdudiyyətlər var. Qiymətli kağızların qeydiyyatı və digər bir sıra proseslərdə müddətlərin uzun olması bu sektorun banklarla rəqabətə girməsinə imkan vermir. Qanunvericilik bir az rəqabətə davamlı yöndə olsaydı, sektorun inkişafına müəyyən təsiri olardı.
Hazırda Assosiasiya Azərbaycan Mərkəzi Bankı ilə danışıqlar aparılır. Qanunvericilikdə dəyişikliklərlə bağlı məyyən təkliflər var. Bu dəyişikliklərin sektorun inkişafına böyük töhfə verməsi gözlənilir. Hazırda bizdə qanunlar daha çox tənzimləyicidir, bundan sonra daha çox stimullaşdırıcı olması gözlənilir. Ümid edirik ki, təkliflərimiz nəzərə alınacaq”, – deyə o qeyd edib.