13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda kapital bazarı üçün xüsusi portal yaradılır

Azərbaycan Mərkəzi Bankı (AMB) şirkətlərin kapital bazarından daha çevik maliyyələşməsi üçün xüsusi platforma – portal yaradır.

Banker.az xəbər verir ki, bunu AMB-nin Kapital bazarının fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov bildirib.

“Portalın ən geci bu ayın sona qədər istifadəyə verilməsi nəzərdə tutulur. Qiymətli kağızlar vasitəsi ilə maliyyələşmək istəyən şirkətlər elektron qaydada həm AMB-yə, həm “Bakı Fond Birjası” QSC-yə, həm də Milli Depozit Mərkəzinə müraciət edə, “vahid pəncərə” prinsipi əsasında qiymətli kağızların qeydiyyatı, depozitar sistemdə saxlanmaya qəbulu və birjada listinqə çıxışını təmin edə biləcək”, – deyə o, qeyd edib.

Son xəbərlər
Digər xəbərlər