7 C
Baku
Wednesday, December 25, 2024

Azərbaycanda kapitalı $4 mln. olan vençur fondu yaradılıb

Azərbaycanda 4 milyon ABŞ dolları kapitalı olan yeni vençur fondu yaradılıb.

Bununla bağlı “INMerge” İnnovasiya Sammiti çərçivəsində müqavilə imzalanıb.

Memorandumu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, “Trendyol”un Azərbaycandakı nümayəndəsi İrem Yılandil, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Yasin Cəlilov və “PAŞA Holdinq”in nəzdində yeni yaradılmış “Future Lab”ın baş icraçı direktor Fərrux Əliyev imzalayıb.

Vençur fondu üçün tərəflərin hər biri 1 milyon ABŞ dolları ayırıb.

Fondun yaradılmasında məqsəd Azərbaycanda ekosistemə töhfə vermək, startap və innovativ layihələr üçün maliyyə əlçatanlığını təmin etməkdir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər