9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda karantinə görə bağlanan ticarət mərkəzlərinə məhsullarını satmaq üçün şans verildi

Daxili İşlər Nazirliyi iri ticarət mərkəzlərinin anbarlarında qalan malların onlayn satışına icazə verildiyini açıqlayıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, xüsusi karantin rejimi dövründə insanların bir-biri ilə təmasını, ünsiyyətini aradan qaldırmaq məqsədilə iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb:

“Lakin buna baxmayaraq, həmin ticarət mərkəzlərində çalışan sahibkarlar anbarlardakı mallarını onlayn satışını həyata keçirə bilərlər. Karantin dövründə onlayn ticarətin imkanlarından istifadə daha doğru seçimdir.

Bu zaman satanla alan arasında birbaşa ünsiyyət və təmasın olmaması hər bir vətəndaşın sağlamlığının müdafiəsi deməkdir. Ona görə də sahibkarlara onlayn qaydada mallarını satmaq tövsiyə olunur”.

Son xəbərlər
Digər xəbərlər