18 C
Baku
Thursday, October 10, 2024

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı – RƏSMİ

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkədə karantin rejimin uzadılması barədə qərar qəbul edib.

1.2020-ci il aprelin 20-dən mayın 2-dək (ilk tədris günü mayın 4-ü müəyyən edilir) Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınsın.

2.Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.

3.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər