9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda kart əməliyyatlarında nağdsız ödənişlərin çəkisi 70%-ə çatdırılacaq

Azərbaycanda kart əməliyyatlarında nağdsız ödənişlərin çəkisinin cari 55%-dən potensial olaraq 70%-ə çatdırılması hədəflənir.

Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda öz əksini tapıb.

Sənədə əsasən, ani ödənişlərin Milli Ödəniş Sistemi əməliyyatlarında çəkisinin cari 0.39%-dən potensial olaraq 25%-ə, eləcə də pərakəndə ticarət dövriyyəsində nağdsız ödənişlərin çəkisinin cari 21.1%-dən potensial olaraq 40%-ə, cari hesablardan aparılan müştəri köçürmələrində rəqəmsal bankçılığın çəkisinin cari 80%-dən potensial olaraq 90%-ə çatdırılması hədəflənir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər