Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kartof istehsalı 2.1% artıb.
“Banker.az”a Dövlət Statistika İdarəsindən verilən məlumata görə, cari ildə 1 015 min ton kartof istehsal olunub.
Məlumatda qeyd edilib ki, hesabat dövründə ölkədə 56.9 hektar sahədə kartof əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisinə bərabərdir.