2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 868.5 ton kartof yığılıb.
Banker.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.5% çoxdur. 2022-ci ilin yanvar-avqust aylarında 864.5 ton məhsul yığılıb.
Qeyd edək ki, ötən ay kartof yığımında 1.8% azalma qeydə alınmışdır.