5 C
Baku
Tuesday, March 25, 2025

Azərbaycanda kartofun kiloqramı 7 manat oldu

Bazarlarda 1 kiloqramı 6-7 manata kartof satılır.

Banker.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət xırda kartoflardan gedir. Satıcıların sözlərinə görə, məhsul həm yeni, həm də keyfiyyətlidir. Buna görə də yerli bazarlarda bu qiymətə təklif olunur.

Alıcılar da bildirirlər ki, bu xırda kartoflar çox dadlıdır, lakin qiymətləri xeyli yüksəkdir.

Satıcılar, həmçinin qeyd ediblər ki, yaxın vaxtlarda bu kartofun qiymətinin enməsi gözlənilmir.

Lakin məhsul bol olarsa, növbəti aylarda ucuzlaşa bilər.

Daha ətraflı videosüjetdə:

Son xəbərlər
Digər xəbərlər