8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda karyera və onun səciyyəvi xüsusiyyətləri

Qərbdə menecerlər öz karyeralarına çox məsuliyyətlə yanaşırlar – universiteti bitirdikdən sonra iyirmi il irəliyə inkişaf planı tərtib edir, karyera məsləhətçilərinə müraciət edirlər. Azərbaycan menecerləri bu cür işlərə qoşulmur, lakin bütövlükdə, karyeralarını qərb həmkarlarından daha sürətlə qururlar.

Düzdür, bu hamıya aid deyil. Bəs onlara kömək və ya mane olan nədir?

Qərbdə karyera qurmağa əsaslı surətdə yanaşmaq: universitetdən sonra işəgötürənləri seçmək, irəliyə doğru hərəkətə başlamaq, zəruri əlavə təhsil, müntəzəm olaraq karyera üzrə məsləhətçilərə müraciət etmək və s. qəbul edilmişdir. Məhz vəziyyətə uyğun deyil, planlı şəkildə hərəkət etmək. Və iyirmi ildən sonra, əgər qüvvə, səbr, dözüm yol verərsə, arzu olunan karyeraya yetişmək mümkündür. Azərbaycanda bu yanaşma tam başqa cürdür. Lakin nəticə eynidir – ancaq 20-25 il yox, 10-15 il ərzində.

Psixoloqların dediyinə görə, yüksəkliklər fəth etmək insanın təbii səyidir, ona görə də, hər hansı siyasi quruluşdan asılı olmayaraq, karyera barədə həmişə düşünüblər. Lakin  tarixi şərait və yaranmış dünyagörüşü sayəsində uzun müddət ölkəmizdə “karyeraçı” sözü neqativ çalar daşıyıb. Sovet dövründə də belə olub, 90-cı illərdə də. Penny Lane Personnel kadr agentliyinin aparıcı məsləhətçisi Anastasiya Selivançikin dediyinə görə, “Karyeranın qurulması” anlayışı 2004-2005-ci illərdən bəri yerli menecerlər üçün motivasiyanın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Məhz həmin vaxtda kütləvi şüurda bir inqilab baş verdi və “karyeraçı” sözü neqativ əvəzinə neytral bir çalar aldı. Bu gün “karyera qurmaq” ifadəsi əmək haqqının artmasını, peşəkarlığın yüksəlçəsini, yüksək vəzifəni, ofis həyatının və korporativ siyasətin öyrənilməsi, və nəhayət, şəxsi brendin kapitallaşmasının artması deməkdir ”. lakin yüksək vəzifələrə bu gün çoxları can atır.
Hazırda iş agentliklərində  məsləhətçilərə verilən ən populyar suallar aşağıdakılardır:

  • karyeranın yolun başlanğıcında qurulması;
  • zirvə qət edilib, gələcək inkişaf istiqaməti seçilməlidir;
  • iki inkişaf alternativindən birini seçə bilmirəm (çox vaxt səviiyə və ya şəxsi biznes yüksək olur);
  • fəaliyyət sahəsini/sənaye sahəsini dəyişmək istəyi;
  • axtarış zamanı necə təqdim etmək (kəsik/ fasilə/xaotik/çoxlu keçidlər), səbəbini başa düşüb gələcəkdə düzgün addımı seçmək istəyirəm;
  • qərb şirkətinə, növbəti karyera pilləsinə necə keçid etməli;
  • öz dəyərimi əmək bazarında necə qiymətləndirməli”.

Lakin çoxları, biznes mühitdə yayılmış qərb standartlarına baxmayaraq, nəyə görəsə onlara riayət etməyə tələsmir. Kadr məsləhətçiləri bazarı, peşə seçimi, tələbələr üçün stajirovkalar – bütün bunlar bizdə təzəcə inkişaf etməyə başlayır. əvəzində MBA və əlavə təhsil çox geniş yayılmışdır. Görəsən Azərbaycan menecerləri öz karyeralarını necə qurur?

Sirr deyildir ki, bu gün Azərbaycanda karyera qurmağın ən sadə üsulu – əlverişli qohumluq sayəsində və ya anadangəlmə yaxşı iş yeri və maaş tapmaqdır. Ola bilər bu çoxlarının xoşuna gəlməsin, lakin bu, cəmiyyətimizin gerçəkliyidir. Buna baxmayaraq, həmin karyera qurmaq yolları hamı üçün deyil və buna görə də,  belə imkanlardan məhrum olanlar özləri bu işin öhdəsindən gəlməlidir. Və ambisiyalı gənc əməkdaşlar öz karyeralarını institut illərindən dərhal sonra başlayır. Güclü brendi olan məşhur şirkətə hətta praktikaya düşməyin özü də ilk addımdır.

Bu gün Azərbaycanda karyera pilləsi ilə qalxmaq bir qayda olaraq, işəgötürənlərin bir-birini dəyişməsini nəzərdə tutur. Bir yerdə topa qədər yüksəlmək çox nadir hallarda baş verir – getməyə yeri olmayan rəis, inkişaf üçün imkanların olmaması, kollektiv daxilində yaranmış münasibətlər mane olur. Eyni zamanda, şirkəti dəyişdikdə yuxarıya doğru addım atmaq olur – yeni vəzifə, yeni öhdəliklər spektri və məşhur brend. Lakin bu yolda da müəyyən risklər vardır. Nigar Məmmədovanın dediyinə görə, “Karyera qurmağa mane olan şeylərdən biri tez bir zamanda yüksəlmək arzusudur. Bunu bir şirkətdə etmək nadir hallarda mümkün olur, hər keçid isə – adaptasiyadır, yeni tanışlar bazası yaratmaqdır, hörmət qazanmaqdır, risk isə uğurla nəticələnməlidir. Azərbaycanda insanların mentaliteti bir çox qərb ölkələrindən fərqlənir. Onlar pul yığmır, bu boş şeydir, çünki 20-30 ildən sonra nə olacağını bilmirlər. Əgər kimsə başa düşür ki, başqa bir maraqli təklif var və bunu qəbul etsə daha yaxşı qazana bilər, bu zaman heç bir riskə baxmayaraq bunu sınaqdan çıxaracaq. Qərbdən olan menecer bu məsələyə daha ehtiyatla yanaşır, və hətta 30-40% əlavə maaş üçün risk edib işini dəyişməyəcək. Çünki başa düşür ki, bir şirkətdə uğur qazanan işçinin başqa şirkətdə də uğur qazanmadığı faktları var – korporativ mədəniyyətin və başqa şeylərin onun inkişafına kömək edəcəyi başqa yanaşmadır”. Pul və vəzifə – çox güclü şirnikləndiricilərdir. Ona görə də bir çox karyeraçılar cəzbedici təklif gördükdə şirkəti dəyişmənin uzunmüddətli nəticələrini düşünmürlər. Bu gün menecerlərin etdikləri ən yayılmış səhvlərdən biri – potensial işəgötürəbə səthi baxışdır. Üç baxış – mövqe, əmək haqqı, şirkətin adı – bunlar bir qayda olaraq, qərarı müəyyən edir. Lakin bu məlumatlar karyeranın inkişafına kömək edirmi? Yox. Lakin mütəxəssislərin dediyinə görə, iş axtaranların yalnız 10%-i həqiqətən potensial işəgötürənləri ciddi qiymətləndirir və maksimum məlumat toplamaqla, həmin şirkətfəki işin onlara faydalı olub-olmayacağını fikirləşir. Sizə potensial işəgötürənin korporativ mədəniyyəti və iş prinsipləri yariyirmı? Bu vakansiya nəyə görə yaranmışdır? Bəlkə sizdən əvvəlki əməkdaş işdən qovulmuşdu, sizi isə işçilər pis qarşılayacaq? Yalnız vəzifə dalınca qaçmaqla siz nəinki vaxt itirəcək, həm də uğurlu və səlahiyyətli mütəxəssis nüfuzunuzu itirəcəksiz, bu da karyerada geriyə addım atmağa məcbur edir.

Sözsüz, menecerin karyera yüksəlişi onun işlədiyi sahədən və ixtisaslaşmadan çox asılıdır. Sahə sürətlə inkişaf etdikcə, namizəd də fəal artmaq imkanları əldə edəcəkdir. Sahib Kamalov  bu barədə deyir ki, “Restoran biznesində 3-4 il ərzində ofisiant kimi başlamaqla rəis olmaq olar. Eyni zamanda, istehsalatda müəyyən menecer istedadlarına malik olmaqla, başlanğıc mövqedən rəhbər mövqeyə heç 20 il ərzində də böyümək mümkün olmaya bilər”.

Bir çox menecerlərin sürətli karyera yüksəlişi ilk növbədə, bazarın gur inkişafından asılıdır. Şirkətlər böyüyür, inkişaf edir, onlarla birlikdə əməkdaşları da inkişaf edir. Və açılan hər bir imkandan istifadə etmək lazımdır. Sonra, bazar formalaşdıqda və artım templəri aşağı düşdükdə, uğur qazanmaq bir qədər çətinləşəcək. Bunu bizə qərb nümumələri əyani surətdə göstərir. Orada məsələn, 5 ilə marketinq şöbəsinin müdiri vəzifəsinə çatmaq olduqca çətindir, Azərbaycanda isə belə insanlar çoxdur.

Bu gün karyera quran menecerlər çox vaxt özlərinə güvənməli olur – bazarda kiməsə karyera qurmağa kömək edən mütəxəssis çox azdır. Məsləhət üçün kimə yanaşmalı? Çoxları, paradoksal olsa da, qohumlarına və tanışlarına müraciət edir. Bu yaxınlarda portallardan birinin apardığı tədqiqatın nəticələri göstərmişdir ki, azərbaycanlı namizədlərin 80%-i iş axtarışı məsələsini qohumları ilə həll etməyə üstünlük verir. Bu köməyi peşəkardansa, psixoloji kömək adlandırmaq olar. Qərbdə menecerlərə istiqamət seçməyə, inkişaf yolu müəyyən etməyə, istədiyi mövqedə qabiliyyətlərinin üzə çıxarılmasına kömək etməyə hazır olan karyera məsləhətçiləri bazarı güclü inkişaf etmişdir.

Son xəbərlər
Digər xəbərlər