10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda Kasko sığortası üçün vahid qaydalar hazırlanır

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) könüllü sığortalanma ilə bağlı komitə həyata keçirmişdir. Assosiasiyanın verdiyi məlumata görə, keçirilən iclasda avtomobillər üçün kasko sığortası ilə bağlı vahid standartın yaradılması və həmçinin fiziki şəxslər tərəfindən yol-nəqliyyat vasitələrinin tam sığortalanması qaydalarının qəbul edilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, iclasda PAŞA Sığorta, A-Qroup, Buta Sığorta, Azərbaycan Sənaye Sığorta, Qarant Sığorta, Meqa Sığorta, AtaSığorta, Amrah Sığorta, AXA MBASK, Başak-İnam və Rəvan sığorta kimi şirkətlərin nümayəndələri iştirak etmişlər.

Son xəbərlər
Digər xəbərlər