Azərbaycanda katerinq şirkətinin xalis mənfəəti 55% artıb

“SAF Catering” MMC 2025-ci ili 1,57 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 54,5% artımdır. Şirkətin bölüşdürülməmiş mənfəəti isə il ərzində 52,4% artaraq 2,41 milyon manata çatıb.

Banker.az xəbər verir ki, şirkətin xidmət satışlarından gəliri 2025-ci ildə 7,64 milyon manat təşkil edib və illik 32,3% artıb. Satışların maya dəyəri 26,7% artaraq 3,81 milyon manata yüksəlib. Nəticədə ümumi mənfəət 38,5% artaraq 3,83 milyon manat olub. Əsas əməliyyat mənfəəti 35,5% artaraq 1,60 milyon manata çatıb. Əməkhaqqı xərcləri 5,5% artaraq 889,5 min manat, amortizasiya və köhnəlmə xərcləri 109,8% artaraq 32,8 min manat, inzibati xərclər isə 112,6% artaraq 669,6 min manat olub. Maliyyə xərcləri 147,1% artaraq 93,4 min manata yüksəlib.

Şirkətin cəmi aktivləri 2025-ci ilin sonunda 3,32 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 78,5% çoxdur. Qısamüddətli aktivlər 36,2% artaraq 2,32 milyon manata, uzunmüddətli aktivlər isə 541,6% artaraq 1 milyon manata çatıb. Pul vəsaitləri və onların ekvivalentləri 165,6% artaraq 1,22 milyon manata yüksəlib, ehtiyatlar 19% artaraq 118,3 min manat olub. Qısamüddətli debitor borcları 24,2% azalaraq 780,7 min manata düşüb.

Şirkətin cəmi öhdəlikləri 2025-ci ilin sonunda 914,5 min manat təşkil edib və illik 225,8% artıb. Bunun əsas hissəsini yeni yaranmış 488,8 min manatlıq uzunmüddətli borc təşkil edib. Qısamüddətli öhdəliklər 51,7% artaraq 425,7 min manata yüksəlib. Vergi və icbari ödənişlər üzrə öhdəliklər 124,3% artaraq 94,8 min manat, qısamüddətli kreditor borcları isə 38,7% artaraq 330,3 min manat olub. Şirkətin kapitalı 52,4% artaraq 2,41 milyon manata çatıb. Torpaq, tikili və avadanlıqların dəyəri isə 157,9% artaraq 402,4 min manat təşkil edib.

Hesabatda 2025-ci ildə mülkiyyətçilərə 740 min manat dividend ödəyib.

“SAF Catering” MMC 28 dekabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manatdır. Şirkətin əsas fəaliyyəti ictimai iaşə və katerinq xidmətlərinin göstərilməsidir. Şirkətin təsisçisi 100% payla “SAF Tesis Yönetimi ve Endüstrial Temizlik Hizmetleri” MMC-dir; 2022-ci il maliyyə hesabatında şirkətə ümumilikdə Ağa Orucov Şahhüseyn oğlunun nəzarət etdiyi göstərilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər