22 C
Baku
Friday, April 25, 2025

Azərbaycanda keçən il 1 400 noutbuk istehsal edilib

Azərbaycan 2025-ci ilin birinci rübü ərzində istehsal olunan kompüterlər üzrə artım müşahidə edilib.

Banker.az xəbər verir ki, Dövlət Statistika Komitəsi bu barədə məlumat yayıb.

2025-ci ilin birinci rübü ərzində Azərbaycanda 1 402 ədəd noutbuk və planşetlər istehsal olunub ki, bu da 2024-cü ilin birinci rübü ilə müqayisədə 75% artımı göstərir. 2024-cü ilin ilk rübündə isə 801 ədəd belə kompüter istehsal edilib.

Stolüstü kompüter istehsalı isə 2024-cü ilin birinci rübü ilə müqayisədə əhəmiyyətli artım göstərib. 2025-ci ilin birinci rübündə 1640 ədəd stolüstü kompüter istehsal olunub, bu da keçən ilin eyni dövrünə nisbətən 258% artımı deməkdir. 2024-cü ilin ilk rübündə isə bu rəqəm yalnız 458 ədəd olub.

Ötürücü aparaturlarının istehsalı da artıb. 2025-ci ilin ilk rübündə 2464 ədəd bu cür aparat istehsal olunub ki, bu da 2024-cü ilin birinci rübünə nisbətən 4.8% artımı göstərir. 2024-cü ilin ilk rübündə bu say 2350 ədəd olub.

 

Son xəbərlər
Digər xəbərlər