Avtonəqliyyat vasitələrinin icbari sığortasını artıq onlayn qaydada bir ünvandan almaq mümkündür. İcbari Sığorta Bürosu öz veb səifəsində avtomobil sahiblərinin işini asanlaşdırmaq üçün belə bir imkan yaradıb.
İcbari Sığorta Bürosunun icraçı direktoru bildirib ki, vətəndaşlar büronun rəsmi səhifəsindən seçdiyi sığorta şirkətinin üzərində “Onlayn al” düyməsinə klik edərək sığorta şəhadətnaməsini əldə edə bilərlər.
Bununla yanaşı, vətəndaşların sığorta müqaviləsini əldə etmək üçün sığorta şirkətlərinin bütün filiallarına və vasitəçilərə də müraciət etmək imkanı qalmaqdadır. Rəşad Əhmədov onu da deyib ki, artıq son günlər xüsusilə kiçik mühərrikli nəqliyyat vasitələrinin sığorta olunmasında yaranan problemlər aradan qalxmaq üzrədir.
Əgər vətəndaşlar sığorta müqaviləsi alarkən imtina ilə üzləşərsə, bu zaman sığorta şirkəti barədə mərkəzi bankın 966 qaynar xəttinə müraciət edə bilərlər.