11 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda kiçik özəl bankların kapitallaşması təzyiq altındadır, “Moody’s” deyir

“Azərbaycanda bank sisteminin kapitallaşması artırılmalıdır”.

Banker.az bildirir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən APA-ya bildirilib.

Agentliyin mütəxəssisləri qeyd edir ki, ABB restrukturizasiya prosesinin başa çatması və kapital adekvatlığının bərpasından sonra, ümumilikdə bank sisteminin də kapital mövqeyi yaxşılaşmalıdır.

“Buna baxmayaraq, yüksək kredit xərcləri və xarici valyuta riskləri səbəbindən kiçik özəl bankların kapitallaşması təzyiq altındadır. Bundan başqa, tənzimləyici tərəfindən banklara qarşı sərtləşdirici tədbirlərin görüləcəyi də istisna deyil. Bu isə bankların əlavə olaraq yenidən kapitallaşmasını tələb edə bilər”, – deyə agentlikdən bildirilib.

Son xəbərlər
Digər xəbərlər