12 C
Baku
Tuesday, October 22, 2024

Azərbaycanda kiçik sahibkarlar hərəkətə keçir – kreditləşmə böyüyür

Azərbaycanda sahibkarlıq fəaliyyətilə məşqul olan ev təsərrüfatlarına (kiçik sahibkarlara) verilən kreditlərin həcmi 700 mln. manata çatmaqla indiyə qədər qeydə alınan ən yüksək rəqəmi yeniləyir.

1 avqust 2020-ci il tarixinə olan göstəriciyə görə, ölkədə sırf banklar tərədindən (vaxtı keçmiş kreditlər daxil olmadan) 696.9 mln. manatlıq kreditlər verilib. Bu son bir ayda 15.3 mln. manat (2.2%) və ya son bir il ərzində 194.1 mln. manat (38.6%) artımın olması deməkdir. Bu barədə Banker.az Azərbaycan Respublikası Mərkəzi Bankının son göstəricilərinə istinadən xəbər verir.

17L a

Banklar bu növ sahibkarlara verdiyi kreditinin 615.8 mln. manatını milli valyuta (manat) və 81.1 mln. manat ekvivalentində isə xarici valyuta (dollar, avro, r.rubl və s.) ilə təqdim edilib. Ötən ilin analoji dövrünün rəqəmlərinə nəzər saldıqda görünür ki, kiçik sahibkarlara verilən kreditlərdə milli valyutada 241.3 mln. manat (64%) artmış, xarici valyutada isə 47.2 mln. manat ekvivalentində (36.8%) azalmışdır.

Son xəbərlər
Digər xəbərlər