Azərbaycanda pensiya yaşı ilə bağlı unifikasiya aparılacaq, yəni kişilərin və qadınların güzəştli şərtlərlə bəzi hallarda pensiya yaşı bərabərləşdirilir.
Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif olunur: “Dəyişikliyə əsasən pensiyaya çıxmaq üçün şərtlər yumşaldılır”.