10 C
Baku
Thursday, November 14, 2024

Azərbaycanda klinika sabiq “bankirlər”i məhkəməyə verib

“Mediland” MMC Azərbaycan Premyer Liqasında çıxış edən “Keşlə” (əvvəlki “İnter”) futbol klubunu məhkəməyə verib.

“Report”un xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC pul barədə tələb irəli sürüb.

Pulun məbləği açıqlanmayıb. Üçüncü şəxs qismində “Keşlə” klubu göstərilib.

Məhkəmə iddianı qismən təmin edib.

Qərardan narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Növbəti məhkəmə iclası fevralın 13-də keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər