Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin istehsalının dəstəkləməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi mexanizminin təmin edilməsi məqsədilə “KOB-kadr bankı”nın yaradılması üzrə normativ sənədlərin layihələri hazırlanıb və yaxın zamanda təsdiqi gözlənilir.
Bunu “Təhsil Biznes Forumu – mövcud vəziyyət və perspektivlər” adlı tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, burada əsas məqsəd KOB subyektləri üçün tələb olunan peşələr üzrə ixtisaslı kadrlara dair ehtiyacları, o cümlədən əlavə təhsilə dair tələbatın həcminin ölkə üzrə müxtəlif kartlara dair məlumatları özündə əks etdirən sistemi yaratmaqdır.
©APA