13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda kompüter istehsalı 3.4 dəfə artıb

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2023-сü ilin yanvar-may aylarında 85 milyon manatlıq məhsul istehsal olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2.1 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 2.4 faiz artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 3.4 dəfə, ölçmə cihazlarının istehsalı isə 88 faiz artıb.

 

 

Son xəbərlər
Digər xəbərlər