2025-ci ilin yanvar–avqust aylarında Azərbaycanda stolüstü kompüterlərin istehsalı kəskin artıb.
Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən cəbər verir ki, ilk 8 ayda 2 365 ədəd stolüstü kompüter istehsal edilib və bu göstərici ötən illə müqayisədə təxminən 40 dəfədən çox artımdır.
Bu dövrdə noutbuk istehsalı 1 430 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,9% azalma deməkdir.
Eyni zamanda, ölçmə cihazlarının istehsalı 312,9 min ədəd təşkil edib ki, bu da 1,1%-lik azalma deməkdir.