Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2022-ci il yanvar-aprel aylarında 166.7 milyon manatlıq məhsul satılıb.
Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik malları və mebellərin satışından gəlir 2.2%, kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarından isə 85.8% artıb.