2 C
Baku
Saturday, February 8, 2025

Azərbaycanda kompüter satışları artıb

2021-ci ilin yanvar ayında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 21.9 mln. manat xərcləyib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci ilin yanvar ayına nisbətən bu il kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının satışından gəlir 2.6% artıb.

2021-ci ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin  0.7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub.

Son xəbərlər
Digər xəbərlər