2025-ci ilin ilk səkkiz ayında Azərbayanda könüllü əmlak sığortası bazarı 8 faiz artdığı halda, ödənişlər 31 faiz artıb
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi sığorta haqları 137,8 mln. manat səviyyəsinə çataraq 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,9% artıb.
Sığorta ödənişləri isə 27,5 mln. manata yüksələrək illik müqayisədə 31,3% artıb. Bu artım zərərlilik nisbətinə də təsir göstərib. Belə ki, 2024-cü ildə 16,1% olan zərərlilik nisbəti 2025-ci ilin yanvar-avqust dövründə 20% səviyyəsinə yüksəlib və beləliklə, zərərlilik artıb.
Əmlakın yanğından və digər risklərdən sığortasında haqları 54,6 mln. manata yüksəlsə də, ödənişlər 1,8 mln. manatla azalıb ki, bu da həmin seqmentdə zərərliliyin azaldığını azaldır.
Avtonəqliyyat vasitələrinin sığortasında isə həm sığorta haqları, həm də ödənişlər artıb; haqlar 46,6 mln. manata yüksələrək 18% artım göstərib, ödənişlər isə 20,3 mln. manata çataraq 49,2% artıb. 2023-cü ilin müvafiq dövründə bu zərərlilik 37%-dən 2024-cü ildə 34%-ə düşsə də, bu il 44% olub.
Kənd təsərrüfatı heyvanlarının sığortasında sığorta haqları əhəmiyyətli şəkildə – 151% artaraq 3,5 mln. manata yüksəlib, lakin ödənişlər azalıb və 388 min manat təşkil edib. Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında həm haqlar, həm də ödənişlər artıb. Belə ki, sığorta haqları 12,2 mln. manata, ödənişlər isə 4,6 mln. manata çatıb.