9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda könüllü həyat sığortası bazarı kəskin böyüyüb

Azərbaycanda könüllü həyat sığortası üzrə sığorta haqqları artıb, sığorta ödənişləri isə kəskin azalıb.

Banker.az bu barədə Mərkzəi Banka istinadən xəbər verir.

Belə ki, cari ilin aprel ayında bu sığorta növü üzrə yığımlar 146 mln. 376.3 min manat olub ki, bu da ötən ilin aprel ayına olan göstərici ilə müqayisədə 35.3% çoxdur. Sığorta ödənişlərinin həcmi isə illik müqayisədə 69.9% azalaraq 30 mln. 276.2 min manat olub.

Qeyd edək ki, hesabat dövründə könüllü həyat sığorta üzrə haqqların 93.4%-ini həyatın yaşam sığortası üzrə yığımlar təşkil edib. Həyatın yaşam sığortası üzrə ödənişlər də könüllü həyat sığortasının ödənişlərinin 96.2%-ini təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər