18 C
Baku
Tuesday, June 24, 2025

Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə 6% artıb

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 548 milyon 125 min manat sığorta haqqı toplanıb.

Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında aparılan hesablamalara görə, könüllü sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 14% artıb.

Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 257 milyon 365 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% çoxdur.

Bu ilin 5 ayında icbari sığorta növləri üzrə 171 milyon 228 min manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 6% çoxdur.

Son xəbərlər
Digər xəbərlər