Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 325 milyon 34 min manat sığorta haqqı toplanılıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur. 2019-cu ilin 7 ayında isə könüllü sığorta növləri üzrə 285 milyon 604 min manat sığorta haqqı toplanıb.
Son 1 ildə könüllü sığorta növləri üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 71% artaraq 187 milyon 808 min manat təşkil edib.