Könüllü tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 4.05 faiz artaraq 64 milyon 871 min manat təşkil edib.
Banker.az Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən xəbər verir ki, ötən ilin eyni dövründə tibbi sığorta üzrə yığımlar 62 milyon 343 min manat təşkil edib.
Cari ilin yanvar-fevral aylarında tibbi sığorta üzrə sığorta ödənişi isə 11 milyon 308 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.9% artım deməkdir.