Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
Banker.az xəbər verir ki, ölkədə virusa yoluxanların 54.2 %-i Bakının payına düşür.
Yoluxma göstəricisi Abşeronda 13%, Aranda 12%, Gəncə-Qazaxda 7.2%, Şəki-Zaqatalada 4.1%, Quba-Xaçmazda 3.1%, Lənkəranda 2.4 %, Dağlıq Şirvanda 2.3%, Yuxarı Qarabağda 1.4%, Naxçıvan Muxtar Respublikasında 0.8 %-dir.
Ölkə xaricindən gələnlərdə yoluxma halı 0.3 % təşkil edir.