3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda korporativ istiqrazlara dövlət zəmanəti veriləcək

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin avqust ayında korporativ istiqrazlara dövlət zəmanətinin verilməsi mexanizmini təsdiq edib.

Bunu AMB-nin Kapital bazarının fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov bildirib.

“Kreditlərə verilən zəmanət korporativ istiqrazlara da tətbiq ediləcək. Bu məqsədlə qaydalar hazırlanmaqdadır və gələn ilin yanvar ayının sonuna qədər təsdiq olunacaq”, – deyə o, qeyd edib.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış 9 434.4 milyon manatlıq əməliyyatın 1 043.6 milyon manatlıq hissəsi və yaxud 11.1 %-i korporativ qiymətli kağızların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 3.5 % azdır. 9 ay ərzində bu bazarda bağlanmış 6 596 əqdin isə 3 325-i və yaxud 50.4 %-i korporativ qiymətli kağızların payına düşüb. Bu isə illik müqayisədə 15.8 % azdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər