2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda kredit bürosunun yaradılması ilə bağlı fəaliyyət planı hazırlanıb

18 avqust 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev və ABA-nın İcraçı direktoru Yunus Abdulov Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri və Gürcüstan, Qazaxıstan, Rumuniya kimi ölkələrdə özəl kredit bürolarının yaradılmasında iştirak edən və eyni zamanda onların əsas səhmdarı olan İsveç mərkəzli “Creditinfo Group” təşkilatının nümayəndələri ilə görüşmüşdür.

Görüş zamanı Azərbaycanda həmin büroların yaradılması ilə əlaqədar atılan addımlar, bu sahədə görülməli olan işlər müzakirə edilmişdir. Eyni zamanda, büroların xaricdə fəaliyyəti, onların yaradılmasının banklar və digər əlaqədar tərəflər üçün faydası barədə fikir mübadiləsi aparılmışdır.

Görüşün sonunda bu sahədə görüləcək işləri özündə əks etdirən fəaliyyət planı və qarşıda duran addımlar razılaşdırılmışdır.

BBN.az

Son xəbərlər
Digər xəbərlər