13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda kredit ittifaqlarının zərəri 77% artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0.53 milyon manat zərərlə başa vurub. Ötən ilin eyni dövründə kredit ittifaqları 0.3 milyon manat zərərlə başa vurmuşdur ki, bu da illik müqayisədə 77% çoxdur.

Banker.az bu barədə Mərkəzi Bankın statistikasına istinadən xəbər verir.

Yanvar-sentyabr aylarında kredit ittifaqlarının gəlirləri 1.6 milyon manat (illik müqayisədə 6% az), xərcləri 1 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 1.2 milyon manat təşkil edib.

Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 12.7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7.3% azdır. Bunun 10.9 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 7% kiçilib.

 

Son xəbərlər
Digər xəbərlər