Azərbaycanda kredit kartlarından istifadə azalıb

Azərbaycanda kredit kartlarının ümumi sayı cari ilin əvvəlindən 13% azalaraq oktyabrın 1-nə 1,133 mln. ədəd təşkil edib.

Mərkəzi Bankın istinadən verdiyi xəbərə görə, bu müddətdə ölkədə dövriyyədə olan cəmi ödəniş kartlarının sayında 5,3% azalma müşahidə olunub.
Hesabata əsasən, ödəniş kartlarının 42%-i və ya 2,386 mln.-u  sosial kartlar, 26%-i və ya 1,471 mln.-u əmək haqqı kartları, 11,6%-i və ya 657 min ədədi digər debet kartları, 20,1%-i və ya 1,133 mln.-u isə kredit kartlarının payına düşüb. İlin əvvəli ilə müqayisədə əmək haqqı kartlarının satında 1,7% azalma, sosial kartlarda isə 1,9% artım qeydə alınıb.
Hesabata görə, sentyabr ayında ölkədə kredit kartları ilə ümumilikdə 179 mln. manat həcmində 1,462 mln. əməliyyat həyata keçirlib.
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər